16:06 - 11.08.2023
11 avqust, Fineko/abc.az. Avqustun 17-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “AGBank” ASC-nin daşınar əmlaklarının satışı üzrə açıq hərrac keçiriləcək.
ABC.AZ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumatına istinadla xəbər verir ki, hərraca işlək və qeyri-işlək vəziyyətlərdə olan monitor, prosessor və printer çıxarılacaq.
Əmlaklara ümumilikdə 10 135 manat qiymət qoyulub.
Avqustun 31-də isə "AGBank"a məxsus 37 ədəf "Diebold" markalı qeyri-işlək bankomat satışa çıxarılacaq. Onlara ümumilikdə 4 699 manat qiymət qoyulub.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026