Avropada ən çox satılan elektromobilin adı açıqlanıb

12:22 - 31.07.2023


31 iyul, Fineko/abc.az. 2023-cü ilin birinci yarısının nəticələrinə görə Tesla Model Y elektrik krossoveri Avropa bazarında ən çox satılan model olmuşdu. Bu avtomobil 136.564 Avropa sakini tərəfindən seçilib ki, bu da tələbin üç dəfə artdığını göstərir.

ABC.AZ xəbər verir ki, bu barədə “Autostat” analitik agentliyi məlumat verib.

Avtomobil Norveç, Danimarka, Hollandiya, İsveçrə və İsveç sakinləri arasında daha çox populyardır. Eyni zamanda, Norveçdə Tesla Model Y bütün satışların təxminən 25%-ni təşkil edir, “ LADA Granta”-nın Rusiya Federasiyasındakı payı isə bir qədər azdır.

İkinci yeri Dacia Sandero hetçbeki tutub — onun satışları 27% artaraq 123 408 ədədə çatmışdır. Üçüncü yerdə isə Volksvagen T-Roc krossoveri qərarlaşıb (111 692 avtomobil (+29%) satılıb). Populyar modellərin ilk beşliyinə Peugeot 208 (-4%, 105,7 min avtomobil satılıb) və Opel/Vauxhall Corsa (+19%, 105,6 min ədəd) daxildir.