17:20 - 28.07.2023
28 iyul, Fineko/abc.az. Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarı tikiləcək.
ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əlicançay su anbarının tikintisi haqqında Sərəncam imzalayıb.
Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, habelə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq ölkədə su ehtiyatlarının artırılması, əhalinin içməli su təminatının yaxşılaşdırılması, əkinəyararlı torpaqlarda müasir təsərrüfatlar yaradılmasının təşviqi və əhalinin məşğulluğunun dəstəklənməsi məqsədilə Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarının tikilməsi qərara alınıb.
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026