Britaniyada bitki yağı ilə işləyən qatarlar işə salınıb

11:33 - 28.07.2023


28 iyul, Fineko/abc.az. Böyük Britaniyada yeni qatarlar marağa səbəb olub. Belə ki, ilk dəfə bitki yağı ilə işıəyən qatarlar işə salınıb.

ABC.AZ xəbər verir ki, bunlar bitki yanacağı ilə işləyən ilk sərnişin qatarlarıdır.

Yeni qatarlar barədə "Chiltern Railways" dəmir yolu şirkətinin saytında məlumat verilib. Qeyd edilib ki, Böyük Britaniyada ilk dəfədir ki, su ilə təmizlənmiş bitki yağı sərnişin daşımalarında istifadə olunur.

Yeni yanacaq işlənmiş yemək yağı, heyvan yağı və digər təkrar emal edilə bilən tullantılara əsaslanır. Onların istifadəsi ətraf mühitə mənfi təsirləri azaldacaq. Tərəvəz yanacağı dizeldən daha bahadır.

Müəllif: Elmir Murad