11:10 - 27.07.2023
27 iyul, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “31 №li Yol İstismarı” MMC-nin direktoru Roman Əsgərov vəzifəsindən azad edilib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Aqil Vəliyevə həvalə olunub.
Xatırladaq ki, “31 №li Yol İstismarı” şirkəti 2000-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,7 milyon manatdır.