15:21 - 25.07.2023
25 iyul, Fineko/abc.az. Azərbaycanda həyat sığortası üzrə yığımlar artıb.
ABC.AZ Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 288 milyon 782,6 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 83 milyon 231,1 min manat və ya 40,5% çoxdur.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 205 milyon 551,5 min manat təşkil edib.