13:57 - 24.07.2023
24 iyul, Fineko/abc.az. Gürcüstan bu ilin yanvar-iyun ayları ərzində tranzit yük maşınlarından 86,7 milyon lari (33,6 milyon dollar) gəlir əldə edib.
ABC.AZ Apa-ya istinadən verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki, bu ötən ilin analoji dövrü ilə müqayisədə 2,05 dəfə çoxdur. Belə ki, ötən ilin birinci yarısında Gürcüstan tranzit yük maşınlarından 41,9 milyon lari (16,24 milyon dollar) əldə edib.
Cari ilin birinci yarısında Gürcüstandan ümumilikdə 247 753 yük maşınının dəhliz kimi istifadə etdiyi qeyd olunub.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026