10:25 - 20.07.2023
20 iyul, Fineko/abc.az. Əmlak bazarında mövsümə uyğun dəyişikliklər olur. Hər il may ayının sonundan başlayaraq avqustun axırına qədər Bakıda kirayə mənzil bazarında durğunluq yaranır.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə əmlak məsəslələri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, durğunluğun əsas səbəbi insanların yay aylarında paytaxtı tərk etməsi ilə bağlıdır. Avqustun sonrlarından etibarən isə kirayə mənzillərə təlabat kəskin artır.
"Minlərlə insanın Bakıda ev axtarmağa başlaması da qiymət artımına təsir edən əsas amildir. Ali məktəblərə qəbul prosesinin nəticələrinin açıqlanması da Bakıda kirayə mənzil bazarına ciddi təsir edən faktorlardandır", - deyə o, əlavə edib.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026