17:31 - 19.07.2023
19 iyul, Fineko/abc.az. 2023-ci ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 395 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə azdır.
ABC.AZ xəbər verir ki, bu barədə “TurkicWorld”ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından bildirilib.
Məlumata görə, bu ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 59 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin iyun ayı ilə müqayisədə 72 obyekt azdır.
Qeyd edək ki, 2023-cü ilin iyun ayında Türkiyədə 83 min 636 mənzil satın alınıb ki, bu da 2022-ci ilin iyun ayı ilə müqayisədə 44.4 faiz azdır.
Məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyədə 565 min 779 mənzil satın alınıb.
30 İyul 2026