16:32 - 17.07.2023
17 iyul, Fineko/abc.az. “TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqindən əvvəlki dövrlə müqayisədə minimum vəzifə maaşı alan ixtisaslı həkimlərin aylıq vəzifə maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunmaqla əməkhaqqı 2019-cu illə müqayisədə orta hesabla 3 dəfə artıb”.
ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.
Onun sözlərinə görə, qeyd edilən artım ölkə üzrə əhalinin orta aylıq maaşından 1,5 dəfə yüksəkdir: “Avropada bu rəqəm orta aylıq əməkhaqqına nisbətlə 2-3 dəfədir. Bizim hədəfimiz bu rəqəmi 2 dəfəyə qədər çatdırmaqdır”.
30 İyul 2026