Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı ƏDV-dən azad edilib

16:13 - 17.07.2023


17 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib. 

ABC.AZ xəbər verir ki, dəyiikliyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunub.

Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.