17:29 - 14.07.2023
14 iyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan 30 milyon 983 min dollar dəyərində 71 min 28 ton kartof ixrac edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən kartofun ixracı dəyər ifadəsi ilə 11,6% və ya 4 milyon 76 min dollar azalıb, miqdarı isə 9,1% və ya 7 min 128 ton azalıb.
2022-ci ilin ilk 6 ayında Azərbaycandan 35 milyon 59 min dollar dəyərində 78 min 156 ton kartof ixrac edilib.
Bir ton kartofun ixrac qiyməti 2022-ci ilin 6 ayında 449 dollar ikən, 2023-cü ilin 6 ayında 436 dollar olub.
Meyvə-tərəvəzin orta ixrac qiyməti son bir ildə 12 dollar, başqa sözlə 2,8% aşağı düşüb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026