Büdcədə 1 milyard 400 milyon manat artıq vəsait yığılıb

15:06 - 13.07.2023


13 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 15 milyard 480 milyon manat, xərcləri isə 14 milyard 63,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9% və 8,7% çoxdur.

Son nəticədə büdcədə 1 milyard 416,7 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 11,6% çoxdur.