15:02 - 12.07.2023
12 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi sənaye sektorundakı istehsal barədə açıqlama yayıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən açıqlamada emal sektorundakı istehsala da diqqət çəkilib və bu sahədə ağac emalı və ağacdan məmulatların istehsalı 2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 88,9 %, toxuculuq sənayesi məhsullarının istehsalı 48,7 %, kağız və karton istehsalı 35,7 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 34,9 %, poliqrafiya məhsullarının istehsalı 33,3 %, içkilərin istehsalı 26,5 %, neft məhsullarının istehsalı 23 %, hazır metal məmulatlarının istehsalı 21,5 %, tikinti materiallarının istehsalı 20,3 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 16 %, qida məhsullarının istehsalı 11,9 %, maşın və avadanlıqların istehsalı 10,9 %, mebel istehsalı 7,2 %, tütün məmulatlarının istehsalı 7 %, elektrik avadanlıqlarının istehsalı 6,4 %, kimya sənayesi məhsullarının istehsalı 3,1 % artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 16,5 %, sair nəqliyyat vasitələrinin istehsalı 18,8 %, əczaçılıq məhsullarının istehsalı 27,3 %, sair sənaye məhsullarının istehsalı 29,0 %, geyim istehsalı 32,9 %, metallurgiya sənayesi məhsullarının istehsalı 33,7 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 37,2 % azaldığı qeyd edilıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,6 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 17 % artıb.
31 Avqust 2026
29 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026