15:45 - 5.07.2023
5 İyul, Fineko/abc.az. TOGG-un yeni qiyməti açıqlanıb.
ABC.AZ xəbər verir ki, TOGG tərəfindən istifadəçilərə göndərilən e-maildə iyul ayı etibarilə avtomobil qiymətlərinin yenilənəcəyi bildirilib. Məlumatda TOGG qiymətlərinin orta hesabla 27 faiz artırıldığı göstərilib.
Şirkətdən verilən açıqlamada bildirilib ki, təhvil verilməsi iyun ayına planlaşdırılan, lakin əməliyyatları tamamlanmayan avtomobillər üçün köhnə qiymətlər keçərli olacaq.
"Hörmətli istifadəçi, son dövrdə qlobal tədarük zəncirində yaşanan xərc təsirləri və maliyyə inkişafları səbəbindən ölkəmizdəki yerli istehsalçılar onlara təsir etməyə başladığı üçün biz də qiymətlərimizi tənzimləməli olduq. Yeni qiymət siyahımız 5 iyul 2023-cü il tarixindən etibarən təslim ediləcək avtomobillərimiz üçün etibarlı olacaq",- deyə paylaşımda qeyd olunub.
17 Avqust 2026
15 Avqust 2026