14:08 - 5.07.2023
5 iyul, Fineko/abc.az. Bakı-Quba yoluna alternativ tikilən yol barədə yeni xəbər var.
Sözügedən yoldakı tikinti işlərinin gedişatı barədə ABC.AZ-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, hazırda proses davam edir.
Yolun tikintisinin bu ilin sonuna qədər tam yekunlaşacağını bildirən Agentlik yolun istifadəyə veriləcəyi tarix barədə isə məlumatsız olduğunu bildirdi:
"Hər şey biz istəyən kimi, yəni problemsiz getsə yolda işlər bu ilin sonuna qədər bitəcək. Amma, yolun nə vaxt istifadəyə veriləcəyini isə indidən demək çətindir".
Qeyd edək ki, bəhs etdiyimiz yol Azərbaycanda ilk ödənişli yol olacaq.
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026