11:20 - 2.07.2018
2 iyul, Fineko/abc.az. Bu gün Bakı metrosunda səhər saatlarından başlayaraq qatarların hərəkətində gecikmələr baş verib.
“Bakmetropoliten”in mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bilirib ki, “Həzi Aslanov-Dərnəgül” avtomatlaşdırılmış idarəetmə sistemində təxminən səhər saat 9-da problem yaşanmışdır.
“Avtomatik sistemdəki problemlər səbəbindən qatarlar stansiyalara əl ilə idarə üsulu ilə gətirilmişdir. Qatarların bir hissəsi “Memar Əcəmi” stansiyasına, digər hissəsi isə “Azadlıq Prospekti” stansiyasına qaytarılmış, sərnişinlər düşürdülmüşdür. Problem, saat 9:21 radələrində tamamilə aradan qaldırılmışdır”, - deyə mətbuat xidmətinin rəhbəri bildirib.
27 İyul 2026
27 İyul 2026