“Conco” QSC 2 milyon manata yaxın zərər edib

11:15 - 4.07.2023


4 iyul, Fineko/abc.az. Azərbaycanın tanınmış tikinti quraşdırma şirkətlərindən olan “Conco” QSC 2022-ci il üçün maliyyə hesabatlarını açıqlayıb.

ABC.AZ xəbər verir ki, ötən il şirkətin əsas əməliyyat gəlirləri 21 milyon 85 min manat olub, bu son bir ildə 2 milyon 971 min manat, başqa sözlə 16,4% çoxdur.

Şatışın maya dəyəri isə cəmi 21 milyon 43 min manat təşkil edib. 

Şirkətin ümumi mənfəəti cəmi 42 min manat olub. Halbuki şirkət 2021-ci ilin eyni dövründə 1 milyon 113 min manatlıq zərər edib.

“Conco” QSC-nin inzibati xərcləri 1 milyon 976,5 min manat olub. Bu da illik müqayisədə 474 min manat, yəni 31,6%-lik artım deməkdir. 

Beləliklə şirkət 2022-ci ili 1 milyon 934,5 min manatlıq ziyanla başa vurub.