Neft Fondunun investisiya mülkiyyəti 12 % azalıb

16:48 - 25.06.2023


25 iyun, Fineko/abc.az. Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya mülkiyyətinin dəyəri 1 579,873 milyon manat təşkil edib.

ABC.Az xəbər verir ki, bu barədə Fondun 2022-ci il üzrə maliyyə (audit) hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,5 % azdır.

Ötən ilin sonuna ARDNF-in investisiya mülkiyyəti onun aktivlərinin 1,9 %-ni təşkil edib. Bu nisbət əvvəlki ilin sonuna 2,4 % olub.