15:19 - 25.06.2023
25 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 15-nin ödənişləri illik müqayisədə artıb, 4-nün ödənişləri azalıb, 1 şirkət (“Meqa Həyat Sığorta” ASC) ötən ilin eyni dövründə ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.
ABC.AZ "Renkinq”-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-dir. Bu şirkət 5 ay ərzində 1,002 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 7,1 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “PAŞA Sığorta” ASC-dir. Bu şirkətin ödənişləri 30,94 manat təşkil edib ki, bu da illik müqayisədə 2,5% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Xalq Sığorta" ASC-dədir. Bu şirkət ötən 5 ayda 9,874 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 0,3% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “Atasığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 56,4% azalaraq 1,237 milyon manata düşüb.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026