14:20 - 25.06.2023
25 iyun, Fineko/abc.az. Azərbaycanda gəliri 25 min dollardan yuxarı olan ev təsərrfütları 2027-ci ilə qədər 24,4% artacaq.
ABC.AZ-ın məlumatına görə, bu barədə “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin proqnozunda qeyd edilib.
Məlumatda buldirilir ki, artımdan sonra ev təsərrüfatlarının gəliri 695 min 269 dollara çatacaq.
Agentlik hesab edir ki, Azərbaycanda 2027-ci ilə kimi gəliri 25 min dollardan çox olan ev təsərrüfatlarının ümumi portfeldə payı 31.7%-ə çatacaq.
“Fitch Solutions” bu göstərici ilə Azərbaycanı gəlirləri 25 min dollardan yuxarı olan ev təsərrüfatlarının ən çox artımı gözlənilən Orta və Şərqi Avropa ölkələri (CEE) sırasına daxil edib. Azərbaycan bu artım proqnozu ilə Polşa, Sloveniya, Çexiya, Portuqaliyadan sonra siyahıda beşinci olub.
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026