16:32 - 24.06.2023
24 iyun, Fineko/abc.az. Piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət 8 saatlıq məhdudlaşdırılacaq.
Bu barədə ABC.AZ-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata əsasən, Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci kilometrində yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq iyunun 26-sı axşam saat 22:00-dan iyunun 27-si saat 06:00-dək yolun həmin hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
17 Avqust 2026
15 Avqust 2026