13:00 - 30.06.2018
30 iyun, Fineko/abc.az. Azərbaycan neftinin qiyməti 2 dollar/barrelədək bahalaşıb.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,92 dollar bahalaşaraq 80,53 dollar olub. Xatırladaq ki, Azərbaycan neftinin bir barrelinin qiyməti sonuncu dəfə bu il mayın 18-də 81 dolları ötmüşdü.
“Azeri Light” bir barrelinin minimal qiyməti 2001-ci ilin dekabrında 19,15 dollar, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar təşkil edib.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026