ADY 2023-cü ildə dövlət büdcəsindən 71 milyon manat alacaq

10:40 - 20.06.2023


20 iyun, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) nizamnamə kapitalının artırılması üçün 2023-cü ildə dövlət büdcəsindən 71 milyon manat məbləğində vəsait alacaq. 

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.

ADY bu vəsaiti infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldəcək.

2021-ci ilin sonuna ADY-nin nizamnamə kapitalı 906,062 milyon manat məbləğində qiymətləndirilir.