16:21 - 16.06.2023
16 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 23 milyon 381 min dollar dəyərində 52 389 ton kartof ixrac olunub.
ABC.AZ xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 14 milyon 823 min dollar dəyərində 33 324 ton kartof ixrac olunmuşdu. Beləliklə, nar ixracı dəyər ifadəsilə 57,7%, miqdar ifadəsilə 58,6% artıb.
Bir ton kartofun orta ixrac qiyməti 2022-ci ilin 5 ayında 445 dollar ikən, 2023-cü ilin 5 ayında 442 dollar olub.
28 İyul 2026