Azərbaycana pomidor ixracından 100 milyon dollara yaxın valyuta daxil olub

14:48 - 16.06.2023


16 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-may aylarında Azərbaycandan xarici ölkələrə dəyəri 91 milyon 472 min dollar olan 78 076 ton pomidor ixrac edilib. 

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.

Ötən ilin 5 ayı ilə müqayisədə pomidor ixracından gələn gəlir 0.5%, miqdarı isə 3% artıb.

2022-ci ilin yanvar-mayayında Azərbaycandan 91 milyon 50 min dollar dəyərində pomidor ixrac edilib. İxrac edilən məhsulun miqdarı isə 75 772 ton olub.