15:05 - 14.06.2023
14 iyun, Fineko/abc.az. Orta ixtisas təhsili müəssisələrinin bir hissəsinin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi prosesi həyata keçirilir.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Bakıda keçirilmiş konfransda deyib.
Onun sözlərinə görə, hazırda 29 minə yaxın şəxs peşə təhsili alır: “Azərbaycandakı peşə təhsil müəssisələrinin infrastrukturu bu sahədə islahat aparmağa imkan vermir. Çünki həmin binalarda keçmiş məcburi köçkünlər məskunlaşıblar. Biz bu il Cəlilabada peşə təhsil müəssisəsiini istifadəyə verəcəyik”.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026