Taksidə qiymətlər birmənalı olaraq qalxacaq - Nazirdən ANONS

15:23 - 12.06.2023


12 iyun, Fineko/abc.az. Taksidə qiymətlər birmənalı olaraq qalxacaq.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib ki, dünyanın heç bir yerində bu qədər ucuz taksi xidməti yoxdur: “Təxminən ilin sonuna qədər ictimai nəqliyyat üçün 60-a yaxın qısa zolağın çəkilməsi və istifadəsinin təmin edilməsini hədəfləyirik. Polis əməkdaşları ictimai nəqliyyat üçün zolaqlarda adi maşınların hərəkət etməsinə pik saatlarda icazə verir. Amma buna yol verilməyəcək və vətəndaş özü də başa düşəcək ki, avtobuslardan istifadə etməklə A nöqtəsindən B nöqtəsinə daha tez gedə bilər”.