14:14 - 28.06.2018
28 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti valyuta hərracı keçirib.
“Mərkəzi Bank iyunun 28-də Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir. Hərracın yekununda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - deyə məlumatda bildirilir.
Daha öncə, iyunun 27-də keçirilən valyuta hərracına ortaçəkili məzənnə həmçinin bir dollara 1,7000 manat təşkil etmişdir.