Bu şirkətə yeni sədr seçiləcək - İclas

12:04 - 17.05.2023


17 may, Fineko/abc.az. 30 iyun 2023-cü il saat 17.00-da “Azər-Avtonəqliyyat” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. Cəmiyyətin 2022-ci il üçün maliyyə – təsərrüfat fəaliyyə­tinin müzakirəsi və təsdiqi.

2. Təşkilati məsələlər.

3. Direktorlar (müşahidə) şurasının və sədrinin seçilməsi.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Ünvan -Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 85-dir.

Qeyd edək ki, “Azər-Avtonəqliyyat” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb,nizamnamə kapitalı 178 354 manatdır.