12:04 - 17.05.2023
17 may, Fineko/abc.az. 30 iyun 2023-cü il saat 17.00-da “Azər-Avtonəqliyyat” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
ABC.AZ xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Cəmiyyətin 2022-ci il üçün maliyyə – təsərrüfat fəaliyyətinin müzakirəsi və təsdiqi.
2. Təşkilati məsələlər.
3. Direktorlar (müşahidə) şurasının və sədrinin seçilməsi.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Ünvan -Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 85-dir.
Qeyd edək ki, “Azər-Avtonəqliyyat” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb,nizamnamə kapitalı 178 354 manatdır.
17 Avqust 2026
15 Avqust 2026