14:33 - 27.06.2018
27 iyun, Fineko/abc.az. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrlik Azərbaycana həvalə edildi.
Bu gün Yerevanda keçirilən QDİƏT Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclası çərçivəsində Ermənistan bu quruma sədrliyi Azərbaycana ötürdü.
İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil etdi.
Azərbaycan QDİƏT-ə altı ay ərzində: 2018-ci ilin iyul ayından dekabr ayına qədər rəhbərlik edəcək.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) 1999-cu ildə yaradılıb və 12 dövlətdən ibarətdir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.