16:38 - 15.05.2023
15 may, Fineko/abc.az. İtaliya şirkəti Gəncə avtomobil zavodunda traktor yığacaq.
ABC.AZ xəbər verir ki, müəsisə bu gün həm Avropada, həm də dünyanın kənd təsərrüfatı bazarında öz keyfiyyəti və davamlılığı, yüksək məhsuldarlıq xüsusiyyətləri ilə seçilən traktorlarların istehsalçısı olan İtaliyanın SDF groupu ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Birliyin mətbuat xidmətinin məlumatına görə ilkin mərhələdə alman modelləri olan DEUTZ-FAHR 4100 W, 6205 g və 115 G AGROFARM modellərinin Azərbaycanda yığılması üçün razılıq əldə edilib.
Müqavilənin şərtlərinə görə Gəncə avtomobil zavodunun İtaliyanın SDF groupu ilə iki tərəfli əməkdaşlıq çərçivəsində yığılacaq traktorların model sırasını gələcəkdə denişləndirməyi nəzərdə tutur.
Müqaviləni Gəncə avtomovil zavodu İB-nin direktoru Bağban Nəbiyev və , İtaliyanın SDF qrupunun beynəlxalq regional direktoru Umberto Miceli inzalayıblar. Birliyin serviz və marketinq şöbəsinin apardığı araşdırmalara görə keyfiyyəti ilə seçilən alman traktorlarına Azərbaycan bazarında tələbatın olduğunu nəzərə alaraq Gəncə avtomobil zavodu İstehsalat Birliyi il ərzində ilkin mərhələdə 300-ə yaxın traktorun yığılmasını planlaşdırır.
15 Avqust 2026