16:44 - 10.05.2023
10 may, Fineko/abc.az. “Mitsubishi Motors” şirkəti aprel ayında başlayan cari maliyyə ilində xalis mənfəətinin 41% azalaraq 100 milyard yapon yeninə (739 milyon ABŞ dolları) çatacağını gözləyir.
ABC.AZ-ın məlumatına görə, bu barədə şirkətin yaydığı press-relizində qeyd edilib.
Məlumata görə, “Mitsubishi Motors” proqnozlaşdırır ki, şirkətin illik gəliri 9,8% artaraq 2,7 trilyon yen, satışların 10% artaraq 917 000 avtomobil olacaq. Bununla belə, müxtəlif xərclər və yenin möhkəmlənməsi mənfəətə mənfi təsir göstərəcək.
“Mitsubishi”nin son maliyyə ilində xalis mənfəəti iki dəfədən çox artaraq 168,73 milyard yen olub. Şirkətin gəliri isə 21% artaraq 2,458 trilyon yen olub.
17 Avqust 2026
15 Avqust 2026