Azərbaycan “Boeing” 8 ədəd “787-8 Dreamliner” alır – Razılıq əldə olundu

17:25 - 28.04.2023


28 aprel, Fineko/abc.az. AZAL və “Boeing” 8 ədəd “787-8 Dreamliner” təyyarəsinin tədarükünə dair razılıq əldə edib. Aviaşirkətin uzun məsafəli donanmasının genişləndirilməsini təmin etmək məqsədilə razılaşmaya əsasən təyyarələrin beşinin 2030-cu ilə qədər, yerdə qalan üç ədədinin isə 2030-cu ildən sonra təhvil verilməsi nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, yüksək səmərəli hava gəmiləri aviaşirkətə marşrut şəbəkəsini və ölkəyə turist cəlb etmək imkanlarını genişləndirməyə şərait yaradacaq.

“Ölkənin mülki aviasiyasının uğurlu inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin davamlı dəstəyi və diqqəti sayəsində mümkün olub. Müasir geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarələrinin əldə olunması üçün “Boeing” şirkəti ilə müqavilənin imzalanması AZAL-ın donanmasının modernləşdirilməsi və aviadaşımaların səviyyəsinin yüksəldilməsi çərçivəsində mühüm addımdır” – deyə AZAL prezidenti Cahangir Əsgərov bildirib.