10:58 - 27.04.2023
27 aprel, Fineko/abc.az. Türkiyənin Ankara-Sivas yüksək sürətli qatar xətti may ayının sonuna qədər ödənişsiz olacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi sosial media hesabında bildirib.
Qeyd edək ki, 2009-cu ildə Ankara-Eskişehir xəttinin istifadəyə verilməsi ilə Türkiyə yüksək sürətli qatar texnologiyası ilə tanış olub. Daha sonra bu xəttin ardınca 2011-ci ildə Ankara-Konya, 2013-cü ildə Əskişəhər-Konya, 2014-cü ildə Ankara-İstanbul və Konya-İstanbul xətləri istifadəyə verilib. Nəhayət, 2022-ci ilin yanvar ayında Konya-Karaman xətti istifadəyə verilib.
Məlumat üçün bildirək ki, Ankara-Sivas Yüksək Sürətli qatar xəttinin tikintisinə 2007-ci ildə başlanılıb. Dəmir yolu xəttinin uzunluğu 393 kilometrdir.
19 Avqust 2026
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026