Elektrik avtomobillərinin satışı 10 milyonu keçdi

16:57 - 26.04.2023


26 aprel, Fineko/abc.az. 2022-ci ildə dünyada elektrik avtomobillərinin satışı 2021-ci ilə nisbətən 55% artaraq 10 milyon ədədi keçib.

ABC.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatında deyilir.

Adıçəkilən qurumun proqnozlarına əsasən, 2023-cü ilin sonuna qədər belə avtomobillərin satışı 14 milyon ədədə çatacaq ki, bu da yeni rekord olacaq.

Ümumilikdə, 2022-ci ildə 26 milyondan çox elektrik avtomobili istifadə olunub ki, bu da 2021-ci illə müqayisədə 60% çoxdur.

Agentlik Çini elektrik avtomobillərinin satışında dünya lideri adlandırıb. Bu ölkədə 2022-ci ildə satılan bütün yeni avtomobillərin 60%-ni alınıb. Hindistan, Tailand və İndoneziya vətəndaşları 2021-ci ilə nisbətən üç dəfə çox elektrik avtomobilləri alırlar. Ümumilikdə keçən il bu ölkələrdən 80 min ədəd bu növ maşın alınıb.