“Apple” emosiyaları izləmək üçün texnologiya yaradıb

16:28 - 26.04.2023


26 aprel, Fineko/abc.az. “Apple” emosiyaları izləmək üçün süni intellektlə işləyən sağlamlıq texnologiyasını inkişaf etdirib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Apple”nin xidməti yaratmaqda məqsədi istifadəçiləri məşq etməyə, yemək vərdişlərini yaxşılaşdırmağa və daha yaxşı yatmağa həvəsləndirməkdir.

Gələn il istifadəyə verilməsi planlaşdırılan proqram həm də konkret istifadəçilər üçün uyğunlaşdırılmış fərdi proqramlar yarada biləcək.

İddialara görə, şirkət yeni texnologiyanı iyunun 5-də açıqlayacaq.