Köhnə avtomobillərin qiymətində 5 faiz bahalaşma var - Deputat

16:58 - 25.04.2023


25 aprel, Fineko/abc.az. "Apardığımız monitorinqlər göstərir ki, avtomobil bazarında kəskin qiymət artımları yoxdur. Bu isə onunla bağlıdır ki, 2022-ci ildə idxal edilən avtomobillərin sayında kəskin artımlar müşahidə olundu".

ABC.AZ xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, təklif edilən avtomobillərin sayının artması nəticədə bazarda alıcı sayının ciddi dəyişməməsi ilə nəticələnib:

"Lakin ili nisbətən köhnə və qiyməti ucuz olan avtomobillərin hazırki qiyməti ilə bağlı bunu demək olmaz. Monitorinqlərimiz göstərir ki, köhnə avtomobillərin qiymətində 5 faiz bahalaşma var. Bu da həmin avtomobillərin idxalının məhdudlaşması ilə əlaqədardır. Amma nisbətən bahalı avtomobillərin qiymətində ilk rüb ərzində bahalaşma qeydə alınmayıb".