14:50 - 20.04.2023
20 aprel, Fineko/abc.az. 2022-ci ildə sığorta şirkətləri 29,592 milyon manat məbləğində mənfəət vergisi ödəyib.
ABC.AZ xəbər verir ki, bu sığorta sektoru barədə hesabatda öz əksini tapıb. Bildirilib ki, bu, 2021-ci ilə nisbətən 51,8% çoxdur. 20 şirkətdən 8-i vergi ödənişlərini artırıb, 6-sı vergi ödənişlərini azaldıb, əvvəlki il vergi ödəməmiş 5 şirkətdən 4-ü ötən il də vergi ödəməyib, 1-i isə vergi ödəyib. 1 şirkət isə əvvəlki il vergi ödədiyi halda, ötən il vergi ödəmələrinə qənaət edib.
2022-ci ildə Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti isə 74,372 milyon manat olub. Bu da 2021-ci illə müqayisədə 3,1% çoxdur. Ötən il maliyyə mənfəətini artırmış 8 şirkət həm də xalis mənfəətini artırıb, maliyyə mənfəəti azalmış 4 şirkətin həm də xalis mənfəəti azalıb, maliyyə zərəri artmış 1 şirkətin həm də xalis zərəri artıb, maliyyə zərərini azaltmış 2 şirkət həm də xalis zərəri azaldıb. 2021-ci ili mənfəətlə başa vurmuş 4 şirkəti 2022-ci ili zərərlə, əvvəlki ildən zərərlə çıxmış 1 şirkət isə ötən ildən mənfəətlə çıxıb.