17:23 - 11.04.2023
11 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Energetika Nazirliyi 2023-cü ilin yanvar-mart ayları üzrə operativ məlumatları təqdim edib.
ABC.AZ xəbər verir ki, məlumatlarda “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 207 milyard kubmetr, “Şahdəniz”dən isə 189 milyard kubmetr qaz hasil edildiyi qeyd edilib.
Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 133 milyard kubmetrə yaxını ixraca nəql edilib.
2023-cü ilin 1-ci rübü üzrə ölkədə 7,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 4,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026