10:52 - 22.06.2018
22 iyun, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 1,3 dollar düşüb.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 74,48 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin avqust ayının fyuçersi, iyunun 21-də keçirilən ticarətin nəticələrinə görə, keçən nəticəyə nisbətən (iyunun 20-də – 66,22 dollar) 0,68 dollar ucuzlaşıb və 65,54 dollar/barelə təşkil edib.
“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin avqust fyuçersinin qiyməti, ötən nəticəyə qarşı (iyunun 20-də - 74,74 dollar) iyunun 21-də keçirilən ticarətin yekunlarına görə 1,69 dollar ucuzlaşıb və 73,05 dollar / barelə təşkil edib.
“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi 21 iyun tarixli ticarətin nəticələrinə əsasən 7,51 dollar / barelə təşkil edir.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026