Taxılın qiyməti 1 faiz bahalaşdı

10:56 - 11.04.2023


11 aprel, Fineko/abc.az. Rusiyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə imzalanan taxıl müqaviləsini uzatmamaq təhdidi ilə Çikaqo birjasında satılan buğda fyuçers müqavilələri dörd seansda ilk dəfə 1 faiz bahalaşıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, buğda bahalaşsa da, qarğıdalı qiymətləri aşağı düşüb.

Ekspertlər bunu ABŞ-da yazda əkin mövsümü üçün daha yaxşı olması ehtimalı hava şəraiti gözləntiləri ilə baş verdiyini açıqlayıb.

Onların fikrincə, Rusiya hökuməti kənd təsərrüfatı məhsullarının ixracına maneələr aradan qaldırılmadığı təqdirdə taxıl müqaviləsini uzatmayacağı ilə bağlı çıxış etmişdi.