10:35 - 7.04.2023
7 aprel, Fineko/abc.az. “Honda” şirkətinin rəhbərliyi yaxın vaxtlarda 564 min avtomobilini geri çağırmağı planlşdırır.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, geri çağrılacaq avtomobillər ABŞ-da 2007-2011-ci illər arasında istehsal edilmiş CR-V modelləridir.
Onların geri çağırılmaya səbəb kimi pəncərə çərçivəsindəki buzdan təmizləyici maddələrin yaratdığı korroziya göstərilir.
Qeyd edək ki, “Honda” ilk dəfə 2019-cu ildə Kanadada oxşar geri çağırış yaydıqdan sonra problemlə bağlı geniş araşdırma aparıb.
Yaponiya istehsalçısı araşdırmadan sonra ABŞ-da satılan avtomobillərin Kanada bazarındakı avtomobillərlə eyni aşınmaya məruz qalmayacağını təyin edib və buna görə də avtomobillərdə korroziya olmayacağı qənaətinə gəlib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026