16:00 - 6.04.2023
6 aprel, Fineko/abc.az. Yeni təyyarələrin satın alması Azərbaycan iqtisadiyyatının inkişafına səbəb olacaq.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL və "Airbus" şirkəti arasında təyyarələrin satın alınması üzrə müqavilənin imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, bu sövdələşmə AZAL-ın 2030-cu ilədək strategiyasının bir hissəsini təşkil edir.
"AZAL-ın 12 yeni təyyarənin satın alınması Azərbaycanın xarici bazarlarda iştirakını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək", - o deyib.
Nazir AZAL-ın dünyada ən təhlükəsiz aviaşirkətlərdən biri olduğunu deyib.
"Beynəlxalq təşkilatlar AZAL tərəfindən sərnişin daşınmalarının təhlükəsizlyini 80 faizdən yüksək olaraq qiymətləndirirlər ki, bu da Avropanın bir sıra aviaşirkətlərinin göstəricilərini ötüb keçir", - deyə o qeyd edib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026