AZAL bu təyyarədən sifariş verdi

15:32 - 6.04.2023


6 aprel, Fineko/abc.az. AZAL A320neo və A321neo laynerləri daxil olmaqla A320neo ailəsinə aid 12 “Airbus” təyyarəsi üçün sifariş verib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Bakıda müqavilənin imzalanma mərasimi olub.

“Airbus” Beynəlxalq Departamentinin rəhbəri və baş kommersiya direktoru Kristian Şerer vurğulayıb ki, “Bu sifariş “Airbus” və “Azərbaycan Hava Yolları” arasında məhsuldar əməkdaşlıqda mühüm mərhələdir. A320neo ailəsi öz donanması üçün sərfəli həllər axtaran aviaşirkətlər üçün ən yaxşı seçim olaraq qalır. Bu sifariş müştərilərimizin A320neo təyyarəsinin performansına və etibarlılığına inamının sübutudur. Əminik ki, bu qərar “Azərbaycan Hava Yolları”nın uzunmüddətli perspektivdə davamlı inkişafına töhfə verəcək”.

Hazırda AZAL-ın donanmasına 14 “Airbus” təyyarəsi: 4 ədəd A319ceo, 6 ədəd A320ceo, 2 ədəd A340 və ilin əvvəlindən 3 yeni nəsil A320neo təyyarəsi daxildir.

Aviaşirkət yerli və beynəlxalq marşrut şəbəkəsini inkişaf etdirmək üçün A320neo ailəsinin səmərəli təyyarələrindən istifadə etməyi planlaşdırır.