Ötən il Azərbaycandan Türkiyə iqtisadiyyatına bu qədər sərmayə qoyulub

15:01 - 5.04.2023


5 aprel, Fineko/abc.az. 2022-ci ildə Azərbaycan rezidentlərinin xaricdə birbaşa xarici investisiyaları $1 milyard 152,617 milyon təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 39,6% çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Mərkəzi Bankın məlumatına görə, 2022-ci ildə Azərbaycan rezidentləri tərəfindən - $246,587 milyon Türkiyə iqtisadiyyatına sərmayə yatırılıb. Bu, 2021-ci illə müqayisədə 12,1% azalma deməkdir.