16:11 - 3.04.2023
3 aprel, Fineko/abc.az. Dövlət Vergi Xidməti Azərbaycanda şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyulmasını istəyir. Bu, “Eco Control Systems” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi bununla bağlı 3 aprel 2023-cü il tarixinə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Müraciətə əsasən, vergi ödəyicisi olan “Eco Control Systems” MMC-nin direktorunun (icra orqanının rəhbərinin) İran İslam Respublikası vətəndaşı Asgharzadeh Faramarz-ın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatı ilə bağlı kommersiya məhkəməsinə müraciət edib. Kommersiya məhkəməsi məhkəməyə 12.04.2023-cü il tarixdə Ülkər Həsənovanın hakimliyi ilə baxış keçirəcək.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026