16:53 - 29.03.2023
29 mart, Fineko/abc.az. Prezident İlham Əliyev “2023 Formula 1 Azərbaycan Qran Pri yarışı”nın təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.
ABC.AZ-ın xəbərinə görə, Sərəncamala müəyyən edilib ki, 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il aprelin 1-dən mayın 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026