12:11 - 14.03.2023
14 mart, Fineko/abc.az. Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlar 90-cı illərdən sonra kortəbii formada paylanılıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Rzayev bildirib.
"Böyük ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahələri qanunsuz olaraq tikinti məqsədi ilə insanlara verilib. Bu sahədə çətinliklər mövcuddur və bunları demək vacibdir. Dövlət başçısı bu istiqamətdə tədbirlər görür. Bir çox sərəncamlar, tapşırıqlar var və işlər gedir", - deyə o qeyd edib.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026